General: ""Dəmir qübbə" buraxılan raketlərin 90 faizini zərərsizləşdirir"

img

16-05-2021 [15:45]


“İsrailin “Dəmir qübbə” raketdən müdafiə sistemi Qəzza zolağından buraxılan raketlərin 90 faizini zərərsizləşdirir, lakin zərərsizləşdirilmiş raketlər də vətəndaşların həyat və sağlamlığı üçün təhlükə sayılır”.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bunu İsrail ordusunun generalı Ori Qordin deyib.

General bildirib ki, “Dəmir qübbə” tərəfindən tutulan raketlərin iri qalıqları yerə, binalara düşərək insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, mayın 10-dan İsrail və Fələstinin Qəzza zolağı arasındakı sərhəddə vəziyyət gərginləşib. Bu günə olan məlumata görə, münaqişənin yenidən alovlanmasından bu yana İsrail ərazisində 2 900 raket atılıb, onların 1150-si zərərsizləşdirilib.

Son məlumatlarda bildirilir ki, raket zərbələri nəticəsində İsrail tərəfdən 10 nəfər ölüb, 50-ə yaxın şəxs yaralanıb. İsrailin aviazərbələri nəticəsində ölən fələstinlilərin sayı 181-ə çatıb, onlardan 52-si uşaqdır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR