Əməkdar artist xüsusi təyinatlı hərbçi ilə nişanlandı - FOTOLAR

img

16-05-2021 [13:20]


Əməkdar artist Nigar Şabanova efirdə ona evlilik təklif edən hərbçiylə nişanlanıb.

Müğənni bu gün "hə" mərasimlərinin olduğunu bildirib. Evdə baş tutan məclisdən fotonu Nigar sosial şəbəkədə yayımlayıb.

"Aylardır hamının sualının cavabını bu gün deyim: hərbçimizə bu gün "hə" dedim. Xüsusi təyinatlı qüvvələrinin giziri, həyatıma xoş gəldin. Hər kəs bilir ki, XTQ şəklini paylaşmağa icazə yoxdur. Nazlı qayınanam İlhamə ana ilə şəklini paylaşıram. İnşallah, toy şəklimizdə görünər. Hərbçi xanımları, artıq mən də sizin sıranızdayam. Allah bizlərə bitməz, tükənməz sevgi və güc versin" deyə, Nigar bildirib.

Qeyd edək ki, ifaçı "Həmin Zaur" proqramında qonaq olarkən efirə zəng edən həbçi ona evlilik təklifi etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR