Azərbaycanda adam oğruları saxlanılıb - Təfərrüat + FOTO

img

15-05-2021 [11:21]


Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3. (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;) maddəsi ilə axtarışda olan Şirvan şəhər sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehti oğlu Abşeron rayonu Xırdalan şəhəri ərazisində və qohumu, eyni maddə ilə axtarışda olan Cəlilabad rayon sakini, 33 yaşlı Hüseynov İmran Ələşrəf oğlu Bakı şəhəri ərazisində saxlanılaraq, ŞPŞ-nin İstintaq Bölməsinə təhvil veriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, E.Nəzərov cari ilin fevral ayında qohumu İmran Hüseynov və tanışı Rahil Manafov ilə qabaqcadan əlbir olaraq, Şirvan şəhəri ərazisində baş vermiş adam oğurluğu hadisəsini törədib.

Dəstənin üzvü, Hacıqabul rayon sakini Manafov Rahil Sahil oğlu cinayət hadisəsinin törədilməsindən bir müddət sonra tutularaq məsuliyyətə cəlb olunub

Xatırladaq ki, bu il fevralın 9-da Eyvaz Nəzərov, qonşuları - 1993-cü il təvəllüdlü Şəhla Qasımovanı Cəlilabad rayonuna qaçırıb. Qaçırılan 28 yaşlı qız ondan qurtulmaq üçün ailəsi ilə görüşmək bəhanəsi ilə Eyvazın müşayiəti ilə evlərinə gəlib və bu zaman ailədə münaqişə baş verib. Hadisə zamanı Eyvaz Nəzərov Şəhla Qasımovanı və onun bacısı, 1994-cü il təvəllüdlü İlahəni bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçaraq hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub. Münaqişə zamanı daha iki nəfər isə əlindən yüngül bıçaq xəsarətləri almışdı.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR