“Türkmənqaz”: “Dostluq” yatağının istismarı Avropaya qaz ixracına imkan verəcək

img

12-05-2021 [16:31]


Xəzər dənizindəki “Dostluq” yatağının Türkmənistan və Azərbaycan tərəfindən birgə istismarı təbii qazın qərb istiqamətində ixracına imkan verəcək.

Bunu “Türkmənqaz” dövlət konserninin sədr müavini Quvanç Aqacanov Türkmənistanın neft və qaz sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə beynəlxalq forumun plenar iclası zamanı deyib.

Qazın Türkmənistandan Avropa ölkələrinə ixracı Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi halında mümkün olacaq. Transxəzər qaz kəməri öz növbəsində Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropa İttifaqı ölkələri ilə əlaqələndirən “Cənub Qaz Dəhlizi”nə qoşacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR