Mahmud Əhmədinejad prezidentliyə yenidən iddialı oldu - İranda seçki yarışı qızışır
12-05-2021 [12:51]
Bu gün İranda prezidentliyə namizədlik üçün sənədlərin qəbulunun 2-ci günüdür.
"Təsnim” xəbər verir ki, namizədliyin irəli sürülməsi üçün sənədlər Daxili İşlər Nazirliyində qəbul olunur.
Ölkənin tanınmış simaları arasında hələlik bir neçə nəfər iddiasını ortaya qoyub.
Onlardan biri sabiq prezident Mahmud Əhmədinejaddır.
Digər tanınan şəxs “Sepah”ın “Xatəmül-Ənbiya” qurumunun keçmiş müavini Səid Məhəmməddir.
Ayətullah Xamnəinin hərbi məsələlər üzrə müşaviri və keçmiş müdafiə naziri Hüseyn Dehqan üçüncü şəxsdir.
Prezident seçkilərinə qatılacağını əvvəlcədən elan etmiş və namizədliyini hələ açıqlamamış siyasətçilərin növbəti günlərdə DİN-ə baş vuracağı bildirilir. Belə şəxslərdən biri İran parlamentinin sabiq spikeri Əli Laricanidir. Bu barədə “Mehr” agentliyinə Məclisin keçmiş rəhbərinə yaxın mənbələr məlumat verib.
“İbrahim Rəisinin namizədliyini nəzərə alaraq, seçkilərdə namizədliyimi irəli sürmək niyyətim yoxdur”.
Bunu İslami Şura Məclisinin (parlament) hazırkı sədri Məhəmməd Baqir Qalibaf bildirib.
“Təsnim” agentliyi məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisinin prezident seçkilərində iştirak məqsədi ilə qeydiyyatdan keçmək üçün yaxın günlərdə Daxili İşlər Nazirliyinə getməyi planlaşdırdığı barə məlumat verib.
Vəhdət Şurası bloku Rəisinin bu niyyətdə qətiləşdiyini bildirib.
İranın birinci vitse-prezidenti İshaq Cahangirinin də eyni niyyətdə olduğu iddia olunur.
Xarici işlər naziri Məhəmməd Cavad Zərifə gəlincə, mayın 10-da o, bir daha namizədlik barədə düşünmədiyini dilə gətirib.
Prezident seçkilərinə namizədlərin qeydiyyatı bu gündən başlayıb və 5 günədək davam edəcək.
Xatırladaq ki, İranda prezident seçkiləri iyunun 18-də keçiriləcək.
İranın Ali lideri Ayətullah Xamnəi prezident seçkiləri ilə əlaqədar bildirib: “İnsanların seçiminə qarışmıram. Keçmişdə namizəd olmaq istəyənlər məndən rəyimi soruşurdular, “nə dəstəkləyirəm, nə də müxalifəm” demişəm, yəni heç bir rəyim yoxdur, amma indi eyni şeyi söyləməyəcəyimi bildirirəm”/Reyting.az.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"