İsrail MN: “Mayın 10-dan Qəzza zolağından İsrailə mindən çox raket atılıb”

img

12-05-2021 [12:17]


“Mayın 10-dan Qəzza zolağından İsrailə mindən çox raket atılıb”.

Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Yonatan Konrikus mətbuat brifinqində deyib.

Yonatan Konrikus bildirib ki, fələstinli islamçılara qarşı İsrail Müdafiə Qüvvələrinin əməliyyatı artıq 38 saatdan çoxdur davam edir: “Bu müddət ərzində İsrail ərazisinə 860 raket atılıb ki, bu raketlər sərhədi keçib və təxminən 200 raket sərhəd hasarını keçmədən sektor ərazidə partlayıb"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR