Xarici İşlər Nazirliyi Ceyhun Bayramovla Lavrovun görüşü barədə məlumat yaydı - FOTOLAR
11-05-2021 [17:38]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünə dair məlumat yayıb.
Mia.az xəbər verir ki, məlumatda deyilir:
"11 may 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Nazir Ceyhun Bayramov həmkarını səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini qeyd etdi. Həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulandı.
Nazir Sergey Lavrov Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış məhsuldar müzakirələrə istinad etdi, eyni tarixdə iki ölkənin dövlət başçılarının telefon söhbətinin baş tutduğunu məmnunluqla bildirdi. Dövlət başçıları tərəfindən müəyyən edilən strateji fəaliyyət xəttinin aidiyyəti qurumlar tərəfindən həyata keçirildiyi qeyd olundu. İki ölkənin gündəliyində bir çox məsələlərin olduğu və əməkdaşlığın geniş spektr üzrə həyata keçirildiyi vurğulandı.
Tərəflər, faşizm üzərində birgə qələbənin növbəti ildönümü münasibətilə təbriklərini səsləndirərək, nasizm ideologiyası ilə mübarizədə qətiyyət və həmrəyliklərini ifadə etdilər.
Nazirlər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə etdilər.
İki ölkə arasında qarşılıqlı səfərlərin intensivliyinin münasibətlərin inkişafında vacib rol oynadığı bildirildi. Pandemiyanın ölkələrimiz arasında münasibətlərin möhkəmləyini sınadığı, bir gün də olsun əlaqələrdə fasilənin olmadığı qeyd olundu. Bu yaxınlarda Moskvada keçirilmiş Hökumətlərarası Komissiyanın növbəti iclasının nəticələrinin pandemiyanın qismən də olsa təsir etdiyi iqtisadi-ticarət münasibətlərinin irəli aparılması baxımından əhəmiyyət kəsb etdiyi vurğulandı.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə, qarşıdan gələn il qarşılıqlı fəaliyyətin həyata keçirilməsi razılaşdırıldı.
Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi apardılar. BMT, ATƏT, MDB, QDİƏT və digər çərçivələrdə əməkdaşlığın davam etdirilməsi və möhkəmləndirilməsinin önəmi ifadə olundu.
Nazirlər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılmasına və sülhün təmin olunmasına xidmət edəcək iqtisadi və nəqliyyat layihələri, habelə üçtərəfli bəyanatların həyata keçirilməsinə əngəl olan məsələlər ətrafında geniş müzakirələr apardılar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşün sonunda nazirlər tərəfindən “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı” imzalandı".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"