“Ermənistan rəhbərliyi bu problemi həll etməyin zəruriliyini anlayır" - Lavrovdan əsirlər və mina xəritələri ilə bağlı açıqlama

img

11-05-2021 [16:00]


“Bütün humanitar məsələlərin, o cümlədən minalanmış ərazilərin xəritələrinin verilməsi, ölənlərin qalıqlarının və əsirlərin qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi məsələlərinin mümkün qədər tezliklə və heç bir ilkin şərt irəli sürülmədən həllini istəyirik”.

Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

S. Lavrov qeyd edib ki, artıq ilk addımlar atılıb. O, mina xəritələrinin verilməsi məsələsinin bir neçə gün əvvəl İrəvana səfəri zamanı müzakirə olunduğunu bildirib: “Ermənistan rəhbərliyi bu problemi həll etməyin zəruriliyini anlayır. Bu istiqamətdə ilk addım atılıb və mən bu barədə Azərbaycan rəhbərliyini məlumatlandırmışam”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR