"Qalatasaray"ın hücumçusu son iki oyunda meydana çıxa bilməyəcək

img

10-05-2021 [17:52]


Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmmədin durumuna aydınlıq gəlib.

"NTV Spor" xəbər verir ki, Superliqanın XXXX turunun "Beşiktaş"la matçında (3:1) zədələnən misirli hücumçu üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Ayaq biləyində problem aşkarlanan 24 yaşlı forvard son iki turun oyunlarında meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Mustafa Məhəmməd bu mövsüm 14 oyunda 6 qol vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR