"SPACE"də NÖVBƏTİ ŞOK OLAY: 5 gün əvvəl kanala rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verdi

img

10-05-2021 [09:27]


Beş gün əvvəl "Space" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib. 

Mia.az Reyting.az-a istinadla xəbər verir ki, Ü.Mikayılova “Space” TV-nin kollektivinə təqdim olunduqdan bir neçə gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.     

İddia olunur ki, Ü.Mikayılovanın TV-yə rəhbərlik etməsindən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. Eyni zamanda, onun “Space” kanalını sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir. Çünki sırf maarifçilik xəttini əsas götürməklə “Space” çox da geniş olmayan auditoriyasını itirə bilərdi və bu, maddi problemlər yaşayan TV-nin reklam bazarına da ciddi ziyan vurardı. 

Bu səbəbdən də bəzi mütəxəssislər Ü. Mikayılovaya belə idarəçiliyin doğru olmadığını bildiriblər.

Xatırladaq ki, Ü. Mikayılova “Space” TV-yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.

Qeyd edək ki, 2006-2021-ci illərdə "Space"nin rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR