Dənizdə meyiti tapılan NİDA-çı dəfn edilib - FOTO

img

09-05-2021 [14:24]


Türkiyənin İstanbul şəhərində dənizdə meyiti tapılan NİDA-çı gənc Bayram Məmmədov dəfn edilib.

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Nəşi dünən Azərbaycana gətirilən B.Məmmədov Bakıda dəfn olunub.

Qeyd edək ki, Türkiyənin "Sabah" nəşri mayın 5-də 25 yaşlı ictimai fəalın ölümü ilə bağlı xəbər yayıb. Bayramın mayın 2-də dənizdə boğulduğu qeyd olunub.

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR