HÖKUMƏTDƏN KTN-lə BAĞLI QƏRAR: bu qurumlar ləğv olundu, bazalarında yeniləri yaradıldı - SİYAHI
07-05-2021 [20:52]
Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli qərarına etdiyi dəyişikliyi şərh edib.
Mia.az xəbər verir ki, qərara əsasən, nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturunun təkmilləşdirilərək onların bazasında yeni qurumların yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulub.
Qərar aqrar sahənin inkişafının təmin edilməsi, bu sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən Nazirliyin strukturunun təkmilləşdirilməsi, effektiv tənzimləmə sisteminin qurulması, göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, elm, istehsal və xidmət sahəsində fəaliyyətin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.
Belə ki, qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Beyləqan, Gəncə, Kürdəmir, Quba, Lənkəran, Salyan, Şəki və Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin əsasında Aqrar Təlim Mərkəzi yaradılsın və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra - Agentlik) tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Respublika Bitki Mühafizəsi Mərkəzinin, Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Cəngi pestisid poliqonunun əsasında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar Regional Aqrokimya laboratoriyaları Agentliyin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə birləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib.
Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu “Aqroservis” ASC-nin tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Kənd həyatı” qəzetinin redaksiyasının adı dəyişdirilərək, “Aqroinfo” qəzetinin redaksiyası adlandırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiyası və “Aqroinfo” qəzetinin redaksiyası nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Aqrar Elm və İnnovasiya Mərkəzinin adı dəyişdirilərək, Aqrar İnnovasiya Mərkəzi adlandırılıb.
Müəyyən edilib ki, yeni yaradılan qurumların saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Kənd Təsərrüfatı Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi bu qərarla yaradılan qurumların, habelə Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərini təsdiq etməlidir.
Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Bundan əlavə, Azərbaycan Dövlət Aqrar Universiteti Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumlar siyahısından çıxarılıb.
Belə ki, bundan sonra adıçəkilən Universitet publik hüquqi şəxs statusunda Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olacaq.
Mia.az
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb