Səbinə Əliyevadan erməni təxribatına sərt reaksiya: "Bu, növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır" - FOTO

img

07-05-2021 [17:58]


Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı alçaldıcı hərəkətlər edilib və sosial media vasitəsi ilə fotosu paylaşılıb.

Mia.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda daha sonra deyilir: "Bu, Ermənistan tərəfinin azərbaycanlılara qarşı nümayiş etdirdiyi növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır. Bütün bu kimi faktlar tərəfimdən toplanaraq nüfuzlu beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA