Həm namizəd, həm seçki komissiyasının üzvü... - Dövlət qurumları yanında İctimai şuraların formalaşdırma mexanizminə etirazlar böyüyür

img

07-05-2021 [17:26]


“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuraya keçiriləcək seçkilərdə 4 qeyri-hökumət təşkilatının (QHT) nümayəndəsi həm İctimai Şura üzvlüyünə namizəddir, həm də seçki komissiyasının üzvüdür”.

Mia.az xəbər verir ki, bu barədə məlumatı "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə verib.

O, qeyd edib ki, DİN yanında İctimai Şuraya seçkilərdə çox maraqlı və yaxşı olmayan hal hökm sürür: “Deməli, İctimai Şuraya namizəd olan 4 QHT sədrinin müavini (nümayəndəsi) seçki komissyasının üzvüdür. Təsəvvür edin sənin nümayəndən orada sənin üçün səs sayacaq. Niyə digər 37 namizəddən sənin  üstünlüyün olmaldır? Seçkidə hamı üçün bərabər imkanlar yaradılması əsas şərtdir. Bu nə qədər obyektivdir? Məgər Azərbaycanda seçki komissiyasını formalaşırmaq üçün QHT yoxdur? Həmin şəxslər bilə-bilə namizəd olacaq, onun nümayəndələri seçki komissiyasına salınıb. Bu birbaşa maraqlar toqquşmasıdır.

Cənab Prezident dəfələrlə ictimai nəzarətin vacibliyini və ləng getdiyini bildirib. Amma bu məntiqlə ictmai nəzarətə töhvə vermək olmaz”.

DİN yanında İctimai Şuraya keçiriləcək seçkilərdə İctimai Şura üzvlüyünə namizədi və seçki komissiyasının üzvü olan QHT-lərdən biri açıqlama verib.

“Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə təqdim etdiyim namizədliklə bağlı müraciətimi ləğv etməyinizi xahiş edirəm”,-deyə QHT sədri Mehriban Zeynalova bildirib/Bakivaxti.az


Digər xəbərlər
SON XƏBƏRLƏR