Çində naməlum dinozavr cinsinin qalıqları tapılıb - FOTO

img

06-05-2021 [19:05]


Çinin cənub-qərb regionunda Yura dövründə (150-200 milyon il bundan əvvəl) yaşamış, indiyədək bilinməyən dinozavr cinsinin sümük qalıqları aşkarlanıb.

“Xinhua” xəbər verir ki, Yunnan Universitetinin tədqiqat qrupu 1,7 metrə yaxın boyu olan həmin kərtənkələnin təxminən üç yaşında olduğunu, daşqın zamanı suda tələf olduğunu, iynəyarpaqlı bitkilərlə qidalandığını müəyyənləşdirib. Konkret hansı növə aid olduğu bilinməsə də, həmin dinozavrın nisbətən uzun boğaza və quyruğa, kiçik başa malik zavropodlar qrupundan olduğu fikri irəli sürülüb.

Bu tapıntı Yunnan əyaləti Çusiong Yi Muxtar Prefekturasının Lufenq qəzasında qeydə alınıb. Hələ 1958-ci ildə həmin ərazidə qalıqları aşkarlanmış 30-dan artıq dinozavr növündən birinə lufenqozavr adı verilib/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR