Bahalı printer və ya söküntü tenderləri... - Bəxtiyar Hacıyevdən İnam Kərimova tərs suallar

img

06-05-2021 [14:56]


Siyasi fəal Bəxtiyar Hacıyev kənd təsərrüfatı naziri İnam Kərimova suallar ünvanlayıb.

B.Hacıyev bəzi məsələlərə aydınlıq gətirilməsini istəyir.

O, bildirib ki, “Aqrar Tədarük və Təchizat” ASC 138738.5 manatlıq printer kartrici alıb:

“Hörmətli İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC ayrıca mətbəə açmayıbsa və sirr deyilsə, neçə printer üçün hansı model və neçə ədəd kartric alındığını öyrənmək imkanımız varmı?

Bir də mümkün olsa, 12 nəfərin işlədiyi yazılan Cəlilabad Bölgə Təcrübə Stansiyasında söküntü işləri üçün 95314 manat, hasar çəkilməsi və yaşıllıq üçün 189769 AZN-lik tenderlər barədə də məlumat ala bilərikmi? 12 nəfərin oturduğu 2 mərtəbəli binanı tam söküb, yenidən tikmək heç 285 min manat tutmaz, söküb hasarlamaq niyə belə baha çıxıb?”.

O sonrakı statusunda isə aşağıdakı fotonu paylaşaraq, belə yazıb: "Kənd Təsərrüfatı Nazirliyindən öyrənə bilmədik ki, 95314 manata söküntü aparılan Cəlilabad Bölgə Təcrübə Stansiyası bu binadır? Saytlarında bu bina fotosu çıxır".

Mia.az bu suallara cavabı da yaymağa hazırdır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR