"Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozub" - Hesabat
06-05-2021 [10:35]
"Azərbaycan torpaqlarının beynəlxalq hüquqa zidd olaraq 30 il işğal altında saxlanılması və öz evlərindən qovulan azərbaycanlıların həmin illər ərzində aparılan sülh danışıqlarına baxmayaraq geri qayıtmalarına imkan verilməməsi birbaşa olaraq anti-Azərbaycan siyasətinin nəticəsidir. İşğalçı qüvvələr tərəfindən Azərbaycanın dövlət rəmzlərinin və tarixi abidələrinin, o cümlədən azərbaycanlıların mənəvi dəyərlərinin alçaldılması bunu sübut edir".
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatında bildirilib.
"Uzun illər Ermənistanın siyasi hakimiyyətində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətində birbaşa iştirak etmiş şəxslərin olması müəyyən mənada aparılan danışıqların və sülhün bərqərar olmasını şübhə altına alırdı. 2018-ci ildən Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr də öz sələflərinin Azərbaycana qarşı nifrət dolu siyasətini davam etdirib, münaqişənin dərinləşməsinə və müharibənin baş verməsinə zəmin yaradacaq nitqlər söyləyiblər. 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində yaşayan ermənilərlə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan “Artsax Ermənistandır və nöqtə” deyərək, Ermənistanın gerçək niyyətinin əslində işğal siyasətini davam etdirmək olduğunu, məcburi köçkünlərin hüquqlarını heçə saydığını və azərbaycanlılara qarşı nifrət hissini bir daha açıq bir şəkildə ifadə edib.
2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması və Azərbaycana qarşı yeni torpaq iddialarına son qoymaq məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən əkshücum hərbi əməliyyatları başladılıb. 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğal altında olan ərazilərini azad edərək öz ərazi bütövlüyünü təmin edib. Müharibə dövründə Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq döyüş zonasından çox uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər və əhalisi sıx olan digər şəhərlərini qadağan olunmuş raketlərlə atəşə tutub. Gəncənin və Bərdənin ümumilikdə 6 dəfə raket hücumuna məruz qalması nəticəsində 60 nəfər həyatını itirib, 200-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb", - hesabatda qeyd edilib/Report.
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb