Şəhid anası Baş nazir Əli Əsədova müraciət etdi: “Şəhidlərimizin adları əbədiləşdirilsin və..."
06-05-2021 [00:03]
Simuzər BAĞIYEVA: “Çox istərdik ki, 1994-cü ildə verilmiş çox yanlış və ziyanlı bir qərar aradan qaldırılsın və Şəhidlərimizin, övladlarımızın adının əbədiləşdirilməsinin yolu, önü açılsın. Bu, həm Allaha, həm də bəndəyə xoş gedər”
Daha bir Şəhid anası (həm də Qazi və Əsgər anası)-Simuzər Bağıyeva Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.
Müraciətdə Şəhid adlarının əbədiləşdirilməsinin yolunun açılması, 1994-cü ildə qəbul olunmuş qərarın dəyişdirilməsi istənilir.
Etikxeber.az-a daxil olan müraciətdə qeyd olunur:
“Hörmətli, Əli müəllim!
Sizə bir qrup Şəhid anası adından müraciət edirəm. Bu, tək mənim yox, onlarla Şəhid anasının müraciətidir. Əvvəl onu qeyd edim ki, biz Şəhid anaları öz övladlarımızla fəxr edir, qürur duyuruq.
Bizim övladlarımız Vətən, Torpaq, Qarabağ uğrunda cavan-gənc yaşlarında canlarını fəda edib, Şəhidlik ali məqamına ucalıblar. 44 günlük müharibə ilə 32 illik münaqişəyə son qoyublar, Xalqımıza, Dövlətimizə, Vətənimizə tarixi Qələbə, Zəfər yaşadıblar. Təbii ki, Müzəffər, Qalib Sərkərdə, Xalqının Xiaskar oğlu ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında. Tarixi Qələbə və Zəfərimizin banisi, memarı heç şübhəsiz ki, Ali Baş Komandanımızdır.
Eyni zamanda, Zəfər və Qələbə dastanını yazan İgid, Qəhrəman, Şəhid oğullarımızdır. Şəhidlər ölmürlər, ölməyiblər, onlar öz ölümləri ilə Ölümsüzlüyə qovuşublar, mənən, ruhən bizimlədirlər, bizimlə də birgə olacaqlar. Hörmətli, Əli müəllim! Müraciət etməkdə məqsədimiz odur ki, biz Şəhid anaları, Şəhid valideynləri övladlarımızın, Şəhidlərimizin adlarının yaşadılmasını, əbədiləşdirilməsini istəyirik. İstəyirik ki, Nazirlər Kabinetinin keçmiş rəhbərliyi tərəfindən 1994-cü ildə qəbul edilmiş yanlış qərar aradan qaldırılsın, ləğv edilsin. Çünki həmin qərara əsasən, yalınız ən azı iki ordeni olan Şəhidin adı əbədiləşdirilə, hansısa küçəyə, məktəbə, uşaq bağçasına və digər müəssisəyə, obyektə verilə bilər.
Bu isə böyük əksəriyyət təşkil edən Şəhidlərimizin (demək olar ki, 80-90 faizin) adlarının əbədiləşdirilməsini, harayasa verilməsini mümkünsüzləşdirir və biz Şəhid analarını, Şəhid ailələrini dərindən incidir, yaralayır. Ona görə çox istərdik ki, 1994-cü ildə verilmiş çox yanlış və ziyanlı bir qərar aradan qaldırılsın və Şəhidlərimizin, övladlarımızın adının əbədiləşdirilməsinin yolu, önü açılsın. Bu, həm Allaha, həm də bəndəyə xoş gedər. Bu, həm Şəhid ruhlarını sevindirmiş olar, həm də acılı, kədərli Şəhid ailələrinin dərdlərinin üstünə azacıq olsa belə, su səpmiş, bizlər üçün bir təsəlli olar.
Ona görə inanırıq və ümid edirik ki, 1994-cü ildə verilmiş məlum yanlış qərarın aradan qaldırılmasına dəstəyinizi, köməyinizi əsirgəməyəcəksiniz və biz Şəhid ailələrini, gözüyaşlı, həm də Məğrur, Qürurlu Şəhid analarını sevindirəcəksiniz. Öncədən də Sizə dərin minnətdarlığımızı ifadə edirik”.
Müraciətdə daha sonra qeyd olunur:
“Hörmətli Əli müəllim!
Həm də 3 övlad, 3 İgid-Şəhid, Qazi və Əsgər anası kimi, bir şəxsi arzumu Sizə çatdırmaq istərdim. Bu arzum da ondan ibarətdir ki, rayonumuzda, Kürdəmirdə Şəhidlərimizin adına, xatirəsinə xatirə-memorial kompleksinin ucaldılmasına köməyinizi, dəstəyinizi əsgirgəməyəsiniz.
Qarşıdan, bir neçə aydan sonra, 2021-ci ilin 8 noyabrında Zəfər Günü gəlir. Çox arzu edərdim ki, həmin Gün və gələcəkdə hər il Zəfər Günündə Vətən Müharibəsi iştirakçıları, Şəhid ailələri, Qazilər, rayon sakinləri məhz həmin xatirə-memorial kompleksinin önünə yığışsınlar, toplaşsınlar, Şəhidlərimizi ansınlar, qısa da olsa, Zəfər Paradı keçirsinlər.
Bu, elə bilirəm ki, hər bir Şəhid ailəsinin, bütövlükdə hər bir insanımızın ürəyindən olardı. Ən əsası Şəhidlərimizin bir daha nakam ruhları sevindirilərdi. İnanıram və ümid edirəm ki, bu məsələdə də dəstəkçimiz, yardımçımız olacaqsınız.
Allah Dövlətimizi, Xalqımızı, Vətənimizi, Şanlı Ordumuzu və Qalib Ali Baş Komamdanımızı qorusun!”
Qeyd edək ki, Simuzər Bağıyeva Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Məmmədlinin anasıdır.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib