Ağdaşda insident: xəsarət alan var

img

05-05-2021 [20:21]


Ağdaş rayonunda sakinlər arasında insident baş verib.

Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, hadisə Pirkəkə kəndində qeydə alınıb.

Vəkil deyib ki, davaya səbəb kənd bələdiyyəsinə məxsus örüş sahələrində heyvanların otarılması olub. Nəticədə bir neçə şəxs yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"a faktı təsdiqləyib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR