Prezident nazir Rəşad Nəbiyevlə bu şəxslərə daha bir vəzifə verdi - Sərəncam + Siyahı

img

05-05-2021 [19:35]


Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

Mia.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Azərbaycan Xarici İşlər Nazirliyi dəyişiklik barədə Avstriya tərəfinə bildiriş göndərməlidir.

Xatırladaq ki, bu gün Azərbaycan və İraq hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri bu komissiyanın da sədri təyin olunub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR