Azərbaycanda xarici diplomların tanınma qaydası ilə bağlı yeni layihə hazırlanıb - Agentlikdən açqılama
05-05-2021 [14:00]
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi çevrilmə yolu ilə yenidən təşkil edilmiş və publik hüquqi şəxs statusu olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” yaradılıb. Agentliyin əsas fəaliyyətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının, yəni xarici diplomların tanınması olaraq müəyyənləşdirilib. Onun fəaliyyəti xaricdə keyfiyyətli təhsil almış şəxslərin ölkəmizdə təhsillərinə davam etməsinə və əmək bazarına daxil olmasına daha da rahat imkan yaradır.
Agentlikdən Mia.az-a bildirilib ki, bu məsuliyyətli fəaliyyətin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi üçün dövr ərzində bir çox texnoloji, innovativ işlər görülüb, hüquqi baza təkmilləşdirilib. Belə ki, beynəlxalq təcrübə də nəzərə alınmaqla tanınma prosesinin təkmilləşdirilməsi və sənədləşmə tələblərinin sadələşdirilməsi məqsədi ilə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının yeni layihəsi hazırlanıb.
Elektron Ərizə Sistemi yenidən təşkil olunaraq, “Sıfır Təmas” prinsipi tətbiq edilib. Vətəndaşların rahatlıqla kabinetlərindən əldə edə biləcəkləri elektron arayışlar istifadəyə verilib. Ərizəçilərin diplomlarının tanınması barədə yekun qərarın daha da sürətli verilməsi üçün digər qurumlar ilə real vaxt rejimində inteqrasiyalar aparılıb. Təsadüfi deyil ki, artıq 2021-ci il ərzində ərizələrin orta icra müddəti 20 gündən də az müddətə tamamlanıb.
Paralel olaraq tanınma haqqında şəhadətnamələrin tamamilə elektron qaydada verilməsi üçün texniki işlər tamamlanaraq, sənədlərin həqiqiliyinin təsdiqi üçün həm də QR yoxlama mexanizmi hazırlanıb. Sözügedən işlər tanınma prosesində vətəndaş-məmur təmasını sıfıra endirilməsilə yanaşı bütün proseslərin daha da şəffaf və sürətli təşkil edilməsinə dəstək olub.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib.
"Sonda, bir daha vətəndaşlarımıza Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyini, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını bildiririk. Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda [email protected] elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik", - məlumatda bildirilib.
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib