Gürcüstan səfiri: “Azərbaycanla sərhəd danışıqları yaxın zamanlarda bərpa olunacaq”

img

05-05-2021 [11:13]


“Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası yaxın zamanlarda keçiriləcək”.

Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Səfir komissiyanının son toplantısının iki il bundan öncə Bakıda keçirildiyini bildirib: “Digər toplantının Tbilisidə keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən baş tutmayb. Yaxın gələcəkdə keçiriləcək iclasda tərəflərin məsələni dostluq və strateji tərəfdaşlıq münasibətlərinə uyğun həll edəcəyinə əminəm”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR