AZƏRBAYCAN 3 ERMƏNİ HƏRBÇİNİ TƏHVİL VERDİ - Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib + Adlar

img

04-05-2021 [18:52]


Azərbaycan üç hərbçini Ermənistana təhvil verib.

Bu barədə "Caliber.az" məlumat yayıb.

Bunlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

Onlar Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq geri qaytarılıb.

İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.

Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib. Artıq təyyarə erməni hərbçiləri götürərək Ermənistana yola düşüb və yaxın saatlarda Yerevana çatacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR