Gəncə İstintaq Təcridxanasında nə baş verir? - Şok iddialar yayıldı + Rəsmi reaksiya
05-05-2021 [09:57]
Yenicə həbsdən azad olunan jurnalist Zaur Qənbərov Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda maraqlı status paylaşıb.
Mia.az Musavat.com-a istinadla jxəbər verir ki, jurnalist Gəncə İstintaq Təcridxanasında qeyri-rəsmi yığımlar haqda da qeydlər edib.
Zaur Qənbərovun statusunu təqdim edirik:
-Alimpaşa Məmmədovun həbsindən sonra icra strukturu əməkdaşlarının həbsi yenə də davam edir. Ağstafa rayon Həsənsu kənd icra nümayəndəsi Vəliyev Vəkil həbs edilib.
Ümumiyyətlə vəzifəli şəxlərin həbsi onlarda heç nəyi dəyişmir. Necə azadlıqda, vəzifədə olarkən rüşvət, yeyinti hesabına eyş-işrətlərindən qalmırdılarsa, eynisi həbsdə də davam edir.
Bunu şahidi olduğum fakta əsaslanıb deyirəm.
Ağstafanın həbs olunan icra başçısı Nizaməddin Quliyev və onu müavini Ramiz Tatarov Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında (Gəncə türməsində) mənimlə birlikdə həbsdə idilər.
Öncəliklə Gəncə türməsində olan müəyyən məsələləri qeyd edim (orda verilən işgəncələrdən və yığılan rüşvətin hara getdiyini ayrıca yazacam). İndi rüşvət və yeyintinin nədən yığıldığını qeyd edim.
Aşağıdakılar qanunsuzluqlardır:
1. Məhbus yaxınları ilə görüş 70 manatdır;
2. Məhbus yaxınları ilə telefon danışığı dəqiqəsi 1 manatdır;
3. Məhbusa yaxınları pul gətiribsə hər 100 manata görə 10 manat pul tuturlar;
4. Məhbuslar tərəfindən təmir edilən supertəmirli otaqlar həmin məhbus Cəzaçəkmə Müəssisəsinə (zona) getdikdən sonra hər çarpayını növbəti gələn imkanlı məhbusa 500-1000 manata satılır;
5. Hamama 5 manat verməsən suyu gah isti, gah da soyuq buraxırlar;
6. 1 otaqdakı məhbuslardan hər ay 75 manat işıq və televizor pulu alınır. Təxmini 100-ə yaxın otaq var;
7. Sadə, təmirsiz otaqdan digər təmirsiz otağa keçmək 50 manatdır;
8. Zona getmək istəməyən məhbusun işləyən məhbusların otağına keçmək qaydası var. 65 nömrəli otağa. Əgər həmin işçiləri otağına keçib də işləmək istəmirsənsə ayda 100 manat verməlisən;
9. İşçilərin otağına keçmədən öz otağında qalaraq zona getmək istəmirsənsə həftədə 100 manat ödəməlisən;
10. Türmənin suyuna nəsə qatırlar, üzünə dəhşət yağlı ərp yığılır. Məcbur içməyə suyu mağazadan alırsan. Su 1 manatdır;
11. Pəncərədən başqa otaqdakı məhbusla danışırsansa 5 manat ödəməlisən;
12. Yemək qəsdən yararsız və kefiyyətsiz bişirilir. Yeyəndə mədə və bağırsaq xəstəliyi qaçılmazdı. Bu hesablanmış edilir. Məcbur ya evdən gətirtməlisən ya mağazadan almalısan. Yemək yeyilmədiyinə görə məhbus sayına görə deyil, çox az bişirilir. Bişirilməyən yeməyin yağı, makaronu, əti, kələmi və s. çiy halda içəridəki mağazaya qoyularaq məhbusa satılır. Məsələn dövlət tərəfindən verilən, lakin içəridəki mağazada satılan makaronun 1 kq-ı 1 manatdır;
13. Sovqatı otaqlara daşıyan işçi məhbuslar hər gün 6 manat rəhbərliyə pul ödəməlidir. O da sovqat yiyəsindən məcbur 1 manat yaxud 1 paçka siqaret almalıdır;
14. İçəridəki mağazada hər şey çöldəkindən 50 faiz bahadır. Məs: 50 qəpiklik filtirsiz siqaret içəridəki mağazada 1 manatdır;
15. Qanunsuz telefon işlətmək ayda 1000-2000 manat arasıdır;
16. Otaqda xarab olan televizoru, tefalı, qızıdırıcını, krantı və s. məhbuslar öz hesablarına bərpa etməlidir.
Bu sayı kifayət qədər uzatmaq olar.
Uzun sözün qısası pulun varsa həbsdə deyilsən, istirahət zonasındasan.
Həbs olunan icra başçıları və digər vəzifəli şəxslər çöldə yığdıqları milyonlarla yuxarıda qeyd etdiyim saxtakarlığa gedərək içəridə də kef edirlər.
Gələk Nizaməddin Quliyev ilə Ramiz Tatarova.
61 nömrəli otaqda idim. Qapıdan bir nəfər girdi. Həmin adam Gəncənin keçmiş icra baçısı Eyvaz Babayevin bacısı oğlu idi. Bildirdi ki, 24 nömrəli otağı dağıtdılar ki, bəs telefon işlədirsiniz. Amma telefon yox imiş. Həmin 24 nömrəli otaq supertəmirli otaqdır. 4 çarpayı var. Hər çarpayının qiyməti 500 manatdır. Məsələ başqa imiş. N. Quliyevi və R. Tatarovu Bakıdan Gəncə Ağır Cinayətlər Məhkəməsinə hökm oxunmaq üçün etap gətiriblərmiş, otaq da onlara hazırlanırmış. Elə də oldu. Həmin şəxslər 24 nömrəli otağa yerləşdirildi. Təbii ki, pulsuz yox.
Hər ay sözügedən məbləği ödəmək şərtilə.
N.Quliyev və R. Tatarov otaqdakı supertəmiri belə bəyənməyərək öz hesablarına otağı yenidən təmir etdirdilər. İkimərtəbəli çarpayıları çıxartdıraraq əvəzində divan, kreslo, yataq dəsti, böyük diaqonallı televizor, playstation, döşəməyə xalça və s. təşkil etdirdilər. Hətta kasıb məhbuslardan birini də (məhbusun öz istəyilə) özlərinə qulluqçu götürdülər.
Yəni həbs etsələr də adamlar keflərindən qalmırlar. Bunlar üçün başqa cəza növü düşünülməlidir. Yaxud digər məhbuslar kimi cəza çəkməyə məcbur edilməldirlər.
***
Ədliyyə Nazirliyi Penitensiar xidməti Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Mia.az Xidmətə istinadla xəbər verir ki, açıqlamada deyilir:
"Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilən ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub.
Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib, həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib".
Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda məlumatlar yayılmışdı. İddia olunurdu ki, onlar Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında supertəmirli otaqda saxlanılır, otaqda televizor, xalça, videooyun sistemi və s. var. Bildirilir ki, N.Quliyev və R.Tatarov özlərinə qulluqçu da götürüblər.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb