“İpoteka haqqında” qanuna dəyişiklik edilir

img

04-05-2021 [13:03]


Azərbaycanda hərracın baş tutmaması ilə bağlı qaydalara dəyişiklik olunur.

Bununla bağlı “İpoteka haqqında” qanuna dəyişiklik edilir.

Dəyişiklik layihəsinə əsasən, qanuna yeni 43.7-1-ci maddə əlavə olunur. Həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR