Ümumdünya Mətbuat Şuraları Assosiasiyası onlayn rejimdə konfrans keçirib
03-05-2021 [16:34]
Bu gün Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 3 may Mətbuat Azadlığı Günü ilə bağlı onlayn rejimdə konfrans keçirib.
Mətbuat Şurasından Mia.az-a verilən məlumata görə, konfransda başlıca müzakirə mövzusu pandemiya şəraitində jurnalist fəaliyyətinin müxtəlif aspektləri olub.
MŞ sədri Əflatun Amaşov konfransdakı çıxışında mövzuya dair fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycanda pandemiya şəraiti jurnalist fəaliyyətinə də təsirsiz ötüşməyib, ancaq mövcud istiqamətdə hər hansı xüsusi məhdudlaşdırmalar qeydə alınmayıb. Yaranmış müəyyən anlaşılmaz durumlar Şuranın müvafiq dövlət qurumları ilə qarşılıqlı təmasları nəticəsində aradan qaldırılıb.
MŞ sədri həmçinin jurnalistlərin vaksinasiyası ilə bağlı məsələlərdən də söz açıb. O, vaksinasiyanın yaşı 18-dən yuxarı olan bütün jurnalistlər arasında keçirildiyini, bu işin Mətbuat Şurasında, eyni zamanda, əməkdaşlarının sayının çox olduğu kütləvi informasiya vasitələrində aparıldığını bildirib. Ə.Amaşov prosesin mərhələli şəkildə yenə də davam etdirildiyinə diqqət çəkib. O, indiyədək 500-ə yaxın jurnalistin vaksinasiyadan keçdiyini vurğulayıb.
Şura sədri çıxışında habelə iştirakçıları Azərbaycanda koronavirusa ölkə miqyasında yoluxma halları, infeksiyanın qarşısının alınması, peyvəndləmə ilə əlaqədar da statistik göstəricilərlə tanış edib.
Konfransdakı müzakirələr gedişində media azadlığının və bu sahədəki problemlərin müxtəlif təzahür formalarına diqqət yetirilib, koronavirus pandemiyasının söz azadlığına təsiri müstəvisində tendensiyalar nəzərdən keçirilib. Bildirilib ki, pandemiya şəraiti həm jurnalistlərin sərbəst fəaliyyəti baxımından, həm də ümumən peşəkarlıq yanaşmalarında fərqli meylləri meydana çıxarıb. Əgər pandemiyanın ilk aylarındakı təlaş mühiti mediaya da ciddi təsirlər göstərirdisə, artıq bu sayaq hallarda azalmalar müşahidə edilməkdədir. Bununla belə sahəni diqqətdə saxlamağa ehtiyac var.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"