Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

img

03-05-2021 [15:08]


Bu ilin aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49 117,5 mln. ABŞ dolları təşkil edib.

 Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, ehtiyatlar 2020-ci ilin ÜDM-nin 115,3%-nə bərabər olub.

Qeyd edək ki, Asiya İnkişaf Bankının yenilənmiş proqnozlarına əsasən, bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 0,4% artaraq 50,1 mlrd. ABŞ dollarına çatacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR