ADA Universitetində “Hacı Zeynalabdin Tağıyev” mükafatının təqdim edilməsi mərasimi olub - FOTOLAR
03-05-2021 [12:58]
Aprelin 30-u ADA Universitetində məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na təqdim edilib.
Universitetdən Mia.az-a verilən məlumata görə, qalib layihələr ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və tədbirin xüsusi qonağı Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev tərəfindən açıqlanıb.
Təqdim edilən on iki layihə arasından beş layihə mükafatlandırılıb. Birinci yeri iki layihə-“Go girl” və “Gizli Azərbaycan” layihələri bölüşüblər.
“Go girl” layihəsinin məqsədi qızları "STEM" (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Math – Riyaziyyat) sahəsi üzrə karyera qurmağa həvəsləndirmək və qızların İnformasiya Texnologiyaları üzrə biliklərini artırmaqdır.
“Gizli Azərbaycan” layihəsinin məqsədi isə Azərbaycanın görməli, lakin az ziyarət edilən məkanlarını tanıtmaq və daxili turizmin inkişafını dəstəkləməkdir.
İkinci yeri “Shape of future” və “Thriving artist” layihələri paylaşıblar. “Shape of future” layihəsinin əsas məqsədi məktəblilərin bilik və bacarıqlarını artırmaq, şagirdləri düzgün peşə seçimi mövzusunda məlumatlandırmaq və onların ingilis dili biliklərini artırmaq üçün ödənişsiz kurslar təşkil etməkdir.
“Thriving artist” layihəsi isə rəssamlıqla məşğul olan gənclər üçün xüsusi onlayn platforma təqdim edir. Bu platforma onlara öz əsərlərini tanıtmaq fürsəti verir.
Üçüncü yerin qalibi “Bir kitab, bir xatirə” layihəsidir. Layihənin əsas məqsədi gənclər arasında oxumağa marağı artırmaqdır. Layihə çərçivəsində Qırx dörd günlük Vətən müharibəsi zamanı şəhid olmuş Məhəmmədəli İbrahimli adına kitab guşəsinin əsası qoyulub.
“Gizli Azərbaycan” layihəsinin komanda üzvü Əli Məmmədov deyib: “Layihəmizi Şuşada davam etdirmək və Şuşanı - öz doğma torpağımızı dünyaya tanıtmaq əsas hədəflərimizdəndir”.
Birinci yeri bölüşən “Go girl” layihəsinin komanda üzvlərindən Məsudə Ömərova deyib: ”Layihə vasitəsilə qadınları da İKT sahəsində karyera qurmağa və bu sahədə daha fəal rol oynamağa səslədik”.
Birinci yerə layiq görülən hər iki layihənin komandasına ayrılıqda 1750 manat, ikinci yeri bölüşən komandalara 1050 manat, 3-cü yerə çıxan layihə komandasına isə 700 manat pul mükafatı təqdim edilib.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb