"Deputatın, nazirin balasına söz demirlər, bilirlər ki, gəlib qulaqlarını dartarlar"
29-04-2021 [16:13]
“Son günlər sənət adamlarının bəziləri başlayıblar bir-birlərinin eyibini açmağa. Mətbəxdə olan söhbəti efirlərdə, sosial şəbəkələrdə danışırlar”.
Mia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı deyib.
O, son vaxtlar gündəmdən düşməyən qalmaqallardan danışıb. O, həmkarlarının hər söz-söhbəti efirə çıxarmasının əleyhinə olduğunu bildirib:
“Mən bütün həmkarlarıma müraciət edirəm, zatən biz müğənnilər hər mövzuda qınaq obyektinə çevrilirik, tənqid edilirik, bir az da özümüz bunu etməyək. Sanki başqa sahədə çalışanların heç bir səhvi, günahı yoxdur, hər şey müğənnilərin səhvidir. Başqa sahələrdə də eybi olan, problemi olan, ailəsi dağılan şəxslər var, amma bizlər göz önündə olduğumuza görə daha çox söz-söhbətə səbəb oluruq. Çünki adi bir insanın səhv addımı kiməsə maraqlı deyil, mövzu məşhur şəxs olduqda isə bunun əksi yaşanır. Gəlin, özümüz özümüzü “vurmayaq”. Sosial şəbəkələr onsuz da “klaviatura şirləri” ilə doludur, başlayırlar nalayiq sözlər yazmağa, tənqid etməyə...”
X.Şuşalı şou-biznes nümayəndələri arasında olan xoşagəlməz halların pərdəarxasında yaşanmasının tərəfdarı olduğunu bildirib:
“Bilmirəm, pandemiya ilə əlaqədardırmı, ya nədəndi, insanlarda aqressiya yaranıb. Bu həmçinin həmkarlarıma da aiddir, çıxıb efirlərdə özləri-zlərini biabır etməyə başlayıblar və ad çəkmirlər, bunu hamıya şamil edirlər. Ya ad çəkin, ya da hamını bu cür təhqir etməyin! Qurunun oduna yaş da yanır... Sizdən rica edirəm, bunu etməyin, etməyək. Kimin kimə sözü varsa, zəng edib özünə desin. Çıxıb kökaltı danışmaq, söz atmaq lazım deyil, danışmaq xətrinə danışmayın. Mətbəxi çox açıb-tökürlər, lazım deyil. Bu aralar insanlarda onsuz da müğənnilərə qarşı aqresiyya var, siz də bir az onların əlinə əsas verməyin. Sənətlə, yaradıcılıqla, öz ailəmizlə məşğul olmaq lazımdır, hər kəs başını aşağı salıb öz işini görsə, yaxşı olar”.
Müğənni bir neçə gün əvvəl Nazəninin bir vaxtlar dost olduğu Manaf Ağayevlə küsmələrinin səbəbini açıqlamasına da münasibət bildirib:
“Mən sırf Manafla Nazənin məsələsinə rəy bildirmək istəmirəm, çünki onlar özləri öz aralarında bu məsələni həll etməlidirlər. Bir tərəfdən də müharibə ərəfəsində Manaf Ağayev insanlar tərəfindən çox qınanıldı. Çox qəribədir, bəzən hansısa deputatın, nazirin balasına söz demirlər, bilirlər ki, həmin dəqiqə gəlib qulaqları dartıla bilər. Amma bilirlər ki, incəsənət adamları mülayim, kövrək olurlar, ona görə başlayırlar müğənnilərə atmaca atmağa. Bu düzgün yanaşma deyil, kimə gücləri çatırsa, başlayırlar onu “baltalamağa”, kimə gücləri çatmırsa, ona yaltaqlanmağa başlayırlar”.
Qeyd edək ki, Nazənin Salayeva həmkarı Manaf Ağayevlə küsmələrinə Əflatun Qubadovun oğlunun fotosunu paylaşmasının səbəb olduğunu deyib. Belə ki, ifaçı müğənni Əflatun Qubadovun İkinci Vətən müharibəsində iştirak edən oğlunun fotosunu İnstaqram hesabında yayımlayıb. Bu isə Manafla onun arasında qalmaqala səbəb olub. Nazənin M.Ağayevin onunla danışmadığını söyləyib.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO