Mikayıl Cabbarov: "Həmin iclasa həmsədrlik etməkdən məmnun oldum”

img

29-04-2021 [13:54]


“İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə Azərbaycan və İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına həmsədrlik etməkdən məmnun oldum”.

Mia.az xəbər verir ki, bununla bağlı Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki səhifəsində yazıb.

O, daha sonra bildirib: 

“İkitərəfli iqtisadi və ticarət əlaqələrimizin inkişafı, turizm, enerji, kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr apardıq. Ticarət və turizm nümayəndəliklərinin fəaliyyəti də bu məqsədə xidmət edəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA