Qaranquş balası...
28-04-2021 [13:07]
Şahnaz ŞAHİN
***
Eldə bir məsəl var, deyirlər uşaqla beş yaşadək ağa kimi, on beşə çatanacan nökər kimi, sonra dost kimi davran. Sən demə elə digər xalqlar da buna bənzər münasibət qururmuşlar övladları ilə.
Məsələn, ixtiraları, elmi uğurları ilə bir çox inkişaf etmiş ölkələri heyrətdə qoyan Yaponiya ... burada uşaq beş yaşa kimi Allah hesab olunur, onun bir diləyi, istəyi belə yerinə yetirilməyə bilməz. Onun üçün heç bir qadağa yoxdur. O yox, olmaz ifadələrini tanımaz... hətta oddan belə qorumazlar onu... "əl vurma , yandırar" ifadəsi yapon analarına yaddır. Əksinə, uşağın "əyani dərs" almağına üstünlük verərlər. Mütəxəssislərin söylədiyinə görə şəxsiyyətin bünövrəsi də bu illərdə qoyulur. Yaxşıdı ya pis, amma bizdə uşaqlara olan sevgimiz çox vaxt qadağaları üstələyir. Dahilər demiş bəlkə qaydalar elə onları pozmaq üçün yaradılıb...
... Yazın müjdəçisi qaranquşlar... Yüksək dərəcəli ustalar kimi diqqət ,həssaslıq və məsuliyyətlə özünə yuva quran bu quşları kim sevmir. Onların "tikinti" üçün seçdiyi yer də təsadüfi olmur, xeyli müşahidə apardıqdan sonra qərar verirlər. Bu yer insanlara yaxın, təhlükəsiz, yem tapmaq üçün rahat məkan olmalıdır. Samanla ya quru otlarla palçığı yüksək məharətlə qarışdıran evli cütlüklər işə böyük həvəslə başlayır və tezliklə bitirib ora yığışırlar. Deyirlər qaranquş yuva quran ev bərəkətli olur . Bu il bizim də eyvanımız bu gözəl quşların sevgi və diqqətini çəkdi.... Yuvada beş yumurta var , gündüz işlərini başa vuran cütlük gecəni rahat mənzillərində keçirirlər. Bəlli günlər ötüb keçir, həyəcanla gözlədikləri vaxt yetişir, artıq beş ətcə bala yuvanı bəzəyir...
Valideynlərin qayğısı çoxalıb, hər səhər tezdən uçaraq yem dalınca gedir və tezliklə də qayıdaraq balaları növbə ilə yedizdirirlər. Gözləri hələ açılmayan köməksiz balalar ananın gəlişini hiss edərək sapsarı ağızlarını geniş açaraq yemi udur. Ta o vaxt gəlib çatır ki, artıq balalar uçmağı öyrənməlidir. Bu bir həyat dərsidir, hər iki valideyin övladını yuvadan çıxarıb geniş asimanı göstərir. Əvvəl özləri uçaraq dövrə vurur, sonra ehtiyatla körpələri də özlərinə qoşurlar...
... Həyat çox qəribədi, bütün canlıları bir istək birləşdirir, Yaradana ,həyata, bir-birinə sevgi, qayğı, məsuliyyət hissi ...
... Başım üzərində səmada yeddi qaranquş süzür. Valideynlər öz quş dillərində səslənir , bəlkə də " uzağa getmə " ya nəsə başqa bir söz söyləyir, balalar da onlara eyni cür cavab verir. Sonra ata, ana onları səmaya sərbəst buraxır. Ta arxayın olanadək uzaqdan izləyir. Hər gün uçuş məsafəsi bir az daha artır , balalar özləri qida tapmağı öyrənir, yuvaya dönən yolları tanımağa başlayır, sakini olduğu dünyanın içinə enirlər. Sabahdan yuva gündüzlər boş qalacaq ,axşam isə ailə üzvləri bir yerə yığışıb isti ocaqlarını bölüşəcəklər...
... Yerdə yenicə yeriməyi öyrənən bir yaşlı oğlan sevinə-sevinə , yorulmadan həyəti o baş bu başa dolanır . Onu anası addım-addım izləyir.. Öz doğma ana dilində yol göstərir, yoluna çıxan maneələrdən ehtiyatla keçirir...
Qəlbimdən dəli bir istək keçir... Uçmaq!
Tez də bir sual doğulur, görəsən, Adəm övladı niyə uça bilmir?!..
Narahat düşüncəmə Tofiq Bayramın sinə səsi məlhəm olur:
Uçmağı quşlardan öyrənib insan,
Öyrənib səmada dövrə vurmağı.
Deyirəm quşlar da bəlkə bir zaman,
İnsandan öyrənib yuva qurmağı.
MİA.AZ
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO