KƏMALƏDDİN HEYDƏROV TƏBİB-i HƏDƏFƏ GƏTİRDİ: "Bizdə pul nə gəzir ki..." - "Korrupsiya elə bir şeydir ki, kimin qanında varsa..."

img

25-04-2021 [00:24]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib.

Mia.az-ın məlumatına görə, unikal.org-a açıqlama verən Kəmaləddin Heydərov həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:

"O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir". 

Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib: "Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur".


Digər xəbərlər
SON XƏBƏRLƏR