MSK-nın yeni tərkibi nə vaxt formalaşdırılacaq? 

img

23-04-2021 [10:39]


Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirə olunacağı vaxt müəyyənləşib.

Məlumata görə, məsələ parlamentin gələn həftə - aprelin 27-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən komissiya yenidən formalaşdırılacaq.

MSK üzvləri 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA