Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-04-2021 [00:07]
Qoç - gün ümumən pis keçməyəcək. Yaşanacaq kiçik probemlər və çətinliklərin miqyasını böyütməyin, təlaşa düşməyin. Belə problemləri görür, amma əldə etdiyiniz uğur və qələbələri dəyərləndirmirsiniz.
Mühüm məqamı unutmayın, planlaşdırılmış görüşə gecikməyin, sənədləri itirməyin. Ehtiyatlı və diqqətli olun.
Günün ikinci yarısında təmaslarda sayıq olun. Yeni tanışlıqlar üçün əlverişli gün deyil. Qarşılaşdığınız insanları dürüst qiymətləndirmirsiniz. Sevdiyiniz insanla təmaslarda problemlər yarana bilər. Amma unutmayın ki, biriniz "od" olanda, o biriniz "su" kimi davranmalıdır.
Buğa - peşəkar fəaliyyət sahəsində uğurlara nail ola bilərsiniz. Bunun üçün döyüşkən, qətiyyətli, iradəli və əzmkar olun. Heç nəyi ertələməyin, təxirə salmayın. Bütün mühüm məsələləri təkbaşına, müstəqil şəkildə həll etməyə çalışın. Yardımçılar, müttəfiqlər və ya tərəfdaşlara isə ikinci dərəcəli məsələləri həvalə edin.
İşgüzar səfərlər üçün əlverişli zamandır. Bir qədər uzaqda yeni müttəfiq və tərəfdaş tapa bilərsiniz.
Yeni biznes-ideyalardan birinin reallaşdırılması yaxşı gəlir əldə etməyinizə səbəb olar.
Günün ikinci yarısında ailə üzvlərinə xüsusi diqqət ayırın. Onların qayğı və himayəyə ehtiyacları var.
Əkizlər - ehtiyatlı olun. Bu gün yol verəcəyiniz səhvlərin fəsadları ağır ola bilər. Maliyyə məsələləri ilə bağlı önəmli qərarlar qəbulu, alış-veriş, anlaşma və ya sövdələşmə üçün əlverişli zaman deyil. İşdə rəhbərliklə ünsiyyətdə təmkinli, diqqətli olun. Düşmən, o cümlədən nüfuzlu bədxah qazana bilərsiniz.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağıdır. Üz, qol və əllərin dərisi xüsusilə həssas olacaq. Hansısa önəmli məsələnin yaxınlarınızla müzakirəsini emosional baxımdan daha münasib zamanadək ertələyin.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdəki çətin məsələləri sürətlə həll etməyə can atın. Uğurlarınız və nailiyyətləriniz diqqətdən kənarda qalmayacaq. İşdə rəhbərlik anlayacaq ki, çətin anlarda sizə bel bağlamaq olar.
Günün ikinci yarısında maraqlı təkliflər, karyera müstəvisində irəliləyişlər istisna deyil.
Ailədə nüfuzunuz artacaq. Yaxınlarınız və qohumlarınız məsləhət almaq üçün sizə müraciət edirlər. Alış-veriş etmək, bütün ailə üzvlərinin istifadə edə biləcəyi əşyalar almaq olar.
Şir - minimum informasiyaya malik olsanız da, dürüst qərar qəbul edin. Başqalarının ruhdan düşərək geri döndüyü yerdə düzgün istiqaməti seçin və irəliləyin. İşgüzar duyumunuz iti olsun. Bu gün nail olduğunuz anlaşma və sövdələşmələr gəlir verəcək. Başladığınız layihəni uğurlu bitirməyə çalışın.
Günün ikinci yarısı işgüzar münasibətlərlə yanaşı, şəxsi təmaslar sarıdan əlverişlidir. Yeni tanışlıqlara nail ola bilərsiniz.
Yaşam potensialınızın səviyyəsi bir qədər aşağı düşüb. Səhhətinizə fikir verin, özünüzü həddən ziyadə yormayın. Meteohəssas insansınızsa, ehiyatlı davranın. Ağrılar baş qaldıra bilər.
Qız - genişmiqyaslı işə və ya layihəyə başlamağa dəyməz. Formalaşmış situasiya ilə bahəm, öz qüvvələrinizi də yanlış dəyərləndirə bilərsiniz. Sonradan yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
Məntiq və sağlam düşüncəyə istinad edərək qərar verin. İntuisiyanızın siqnalları bir qədər gecikə bilər.
Günün ikinci yarısı sənədlərlə iş, dövlət qurumlarının nümayəndələri ilə təmaslar üçün əlverişli deyil. Maliyyə fonu yaxşı deyil. Xərcləri azaldın, qənaət rejiminə keçin.
Təşəbbüskar olmaqdan qorxmayın.
Tərəzi - çox məhsuldar gün ola bilər. İşlərə nə qədər tez başlasanız, bir o qədər probelmin öhdəsindən gələ bilərsiniz. Bu səbəbdən də səhər saatlarından etibarən aktiv olun. Tənbəllik etməyin, süstlüyə qapılmayın. Günün ikinci yarısı bilik və mövqelərinizdən effektiv istifadə edin.
Sənədlərlə iş, hesabatların hazırlanması, planlaşdırma, yüksək diqqət və səlislik tələb edən məşğuliyyətlər üçün düşərli gündür.
Yaşam potensialının səviyyəsi yüksək olduğundan fiziki iş və ya çətinliklər sizi yormayacaq. Rasiona fikir verin. Keyfiyyətsiz ərzaq və ya qida həzm sistemində problemlər yarada bilər.
Əqrəb - işgüzar münasibətlərdə gərginlik yaranacaq. İndiyədək sizi sürəkli dəstəkləyən və tərifləyən insan sərt, aqressiv mövqe tutacaq. Müttəfiqlərdən biri bədxah və ya rəqibin düşərgəsinə keçəcək. Bir müddət problemlərinizlə baş-başa qalacaqsınız. Narahat olmayın, həmin vaxt tezliklə başa çatacaq. Baş verənlər əslində o qədər də pis deyil. Bütün problemləri çözərək çətinliklərə rəğmən məqsədə doğru irəliləyə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları yarana bilər. Münaqişənin alovlanmasına imkan verməyin, təmaslardakı səmimiyyət və harmoniyanın bərpasına çalışın.
Günün ikinci yarısında fiziki işlə çox məşğul olmayın.
Sümük və oynaqlarınızda xroniki ağrılar varsa, səhhətinizin qeydinə qalın.
Oxatan - mübahisələrdə mövqelərinizi inadla və qətiyyətlə müdafiə etsəniz, bunun bəhrəsini görəcəksiniz. Opponentlərinizdən bəziləri tərəfinizə keçə bilər. İntellektual potensialınız yüksəkdirsə, günün problemlərinin öhdəsindən asanlıqla gələcək, analitik təhlillər aparacaq, real planlar quracaqsınız.
Planlaşdırılmamış səfər uğurla sonuclanacaq.
Günün ikinci yarısında şəxsi münasibətlər harmonik olacaq. Yaxınlarınızla təmaslarda onlarla ümumi dil tapmağa çalışın. Dostlarla görüş sizi sevindirəcək.
Yeni tanışlıqlara can atırsınızsa, dəvət aldığınız tədbirə qatılın.
Oğlaq - əvvəllər başladığınız işləri mütləq şəkildə başa vurun. Son vaxtlar sizi narahat edən suallara cavab tapa bilərsiniz. Yeni iş və ya layihəyə başlamaq üçün ən əlverişli zaman deyil. Yaxın gələcəklə bağlı planlar qurmaq, onları müzakirə etmək olar. Lakin həmin planları reallaşdırmağa tələsməyin. Dəstəyinə və işbirliyinə bel bağlamağa adət etdiyiniz insanlar bu dəfə yardım göstərmək istəməyəcəklər. Müstəqil fəaliyyət göstərməli olacaqsınız.
Günün ikinci yarısında alış-veriş etmək, pulları harasa yatırmaq, ailə büdcəsi ilə bağlı məsələləri çözməyə çalışmaq məsləhət deyil. Romantik münasibətlər, görüşlər və hisslərin etirafı üçün yaxşı vaxtdır.
Dolça - gün həddən artıq uğurlu deyil. Amma olaylar əlverişlidir. Peşəkar fəaliyyət müstəvisində uğurlar, mövqelərinizin möhkəmləndirilməsi istisna deyil. Faydalı bilik və bacarıqlar, dəyərli təcrübə əxz edə bilərsiniz. Qarşınıza qoyduğunuz məqsədə doğru yol asan olmasa da, qətiyyətlə və əzmlə davranın. Hansısa iş alınmasa, ruhdan düşməyin, geri çəkilməyin. İradəli olsanız, məqsədə çatacaqsınız.
Günün ikinci yarısında yaşamınızda müsbət dəyişikliklər ola bilər. Umu-küsü, ixtilaflar və fikir ayrılıqları unudulacaq. Qarşılıqlı anlaşma əldə ediləcək. Dostlar sizi yaxşı xəbərlər və qəfil təkliflərlə sevindirəcəklər. Səhhətinizdə problemlər yaranmayacaq.
Balıqlar - bilik və bacarıqlarınızı görəcəklər. Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Yeni, məhsuldan əməkdaşlığın başlanması və ya yeni işlə bağlı təklifin alınması istisna deyil. Maliyyə durumunuzu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. Amma bunun üçün bir qədər fəndgir davranmağınız gərəkdir.
Günün ikinci yarısı yaradıcılıq fəaliyyəti, yeni təcrübənin əxz edilməsi üçün düşərlidir. Fiziki əməkdən boyun qaçırmayın. Yaxşı formadasınız və əlavə işlər yalnız xeyir verəcək.
Səfər və ya gəzinti çox çəksə də, sizi yormayacaq.
Milli.Az
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
AVRO-2024: hakimlərin adları açıqlandı - SİYAHI
Deputatlar arasında "atışma": "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi"
Polis əməliyyatı: Astara sakini 51 kq narkotiklə tutulub
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
Hacı Şahinin “YouTube” kanalı bərpa olunub
Direktorun cinayət işi məhkəməyə göndərildi
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsl sahibi İlham Əliyev özü gələcək” - VİDEO
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - SİYAHI