PUTİN ZELENSKİNİN "DONBASDA GÖRÜŞƏK" TƏKLİFİNƏ BELƏ CAVAB VERDİ: "Moskvada istənilən zaman görüşə bilərik"

img

22-04-2021 [19:48]


Rusiya prezidenti Putin Ukrayna lideri Zelenskinin Donbasda görüş təklifinə cavab verib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər veirr ki, o, Zelenski ilə görüşə hazır olduğunu deyib.

Putin bildirib ki, əgər Zelenski münasibətləri qaydaya qoymaq istəyirsə, Rusiya bundan məmnun olar: "Onunla Moskvada istədiyi zaman görüşə hazıram".

Xatırladaq ki, bu gün Rusiya Ukraynadakı qoşunlarının böyük qismini geri çəkməyə başlayıb.

Bu qərardan sonra açıqlama verən Zelenski ayıq-sayıqlığı itirməyəcəklərini bildirib. O, eyni zamanda, Qərbdəki müttəfiqlərinə göstərdikləri dəstəyə görə təşəkkür edib. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR