Vilayət Eyvazov 3 şəhidin qardaşlarına yeni vəzifə verdi - FOTO
22-04-2021 [12:50]
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri daxili işlər orqanlarında yeni vəzifələrə təyin ediliblər.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, üç şəhidin qardaşları - Toğrul Xosrovzadə, Elvin Məmmədov və Əli Şirəliyev Abşeron Rayon Polis İdarəsi Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrinə təyinat alıblar.
Şəhid İ.Məmmədov alpaqut döyüş sənəti üzrə Azərbaycan Kubokunun qalibi, Azərbaycan və dünya çempionu olub. Fevralın 10-da onun ailəsi Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) nümayəndələri tərəfindən ziyarət olunub. Atası Abdulla Məmmədov "Report"a açıqlamasında Elvin Məmmədovun işlə təmin olunmasına göstərdiyi köməyə görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova xüsusi təşəkkürünü, Abşeron rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən ay daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələrində, o cümlədən nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilən elana uyğun olaraq, DİN-ə onlayn qaydada müraciət edən iddiaçılardan daha hazırlıqlı olan 160 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 57 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən gənclər olub.
Xatırladaq ki, T.Xosrovzadənin qardaşı kiçik gizir İlkin Xosrovzadə oktyabrın 25-də Zəngilan, E.Məmmədovun qardaşı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu İlkin Məmmədov noyabrın 2-də Şuşa və Ə.Şirəliyevin qardaşı baş leytenant Sahib Şirəliyev noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham ƏIiyevin sərəncamı ilə Ə.Şirəliyev "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları, İ.Məmmədov "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları, İ.Xosrovzadə "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları, "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlə təltif olunub/Report.
Keşlədə saxta məhsullar kütləvi istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub