3 DEPUTAT, BİR SABİQ DEPUTAT... - Hakim partiya bu təşkilat sədrləri ilə yolları ayırır + SİYAHI

img

22-04-2021 [12:09]


Yeni Azərbaycan Partiyasının son qurultayında nizamnaməyə və strukturlarında edilən dəyişikliklərdən sonra bir sıra şəxslər də vəzifələrini itirəcəklər.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, dəyişiklikdən sonra YAP-da iki vəzifə daşımaq mümkün olmayacaq.

Bu səbəbdən də yaxın günlərdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov buradakı vəzifələrindən azad olunacaqlar.

Belə ki, adıçəkilən şəxslər qurultayda Təftiş komissiyasının üzvləri seçildikləri üçün ikinci vəzifə daşıya bilməzlər. Ona görə də üç deputat YAP təşkilat sədri vəzifələrindən çıxarılırlar.

Mia.az-ın  əldə etdiyi məlumata görə, çox yaxın günlərdə qalmaqallı videosu ayılan Hüseynbala Mirələmov da YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılacaq.

Məlumata görə, artıq ondan istefa ərizəsi istənilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR