Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib
22-04-2021 [11:58]
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) ikinci iclası keçirilib.
Fonddan bildirilib ki, onlayn formatda keçirilən iclasda Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov, MŞ-nin üzvləri — Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və Azərbaycanın Xalq artisti Alim Qasımov iştirak ediblər.
İclasda həmçinin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev də iştirak edib.
Prezident İlham Əliyevin Fondun qarşısında qoyduğu vəzifələri müzakirə edən tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin dirçəlişinə töhfə verə biləcək dayanıqlı bir təşkilatın yaradılmasının zəruriliyini xüsusilə vurğulayıblar.
Fondun aparatının təşkilatı strukturunun və ştat cədvəlinin layihələri, habelə Fondun Fəaliyyət Planı, Əməliyyat büdcəsi və 2021-ci il üçün İnvestisiya Siyasəti Müşahidə Şurasının üzvlərinin diqqətinə çatdırılıb.
Bu sənədlərin əsasını dövlət başçısının fərmanlarından irəli gələn tapşırıqlar, eləcə də qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək dayanıqlı bir təşkilatın yaradılması məqsədilə istifadə edilən müasir korporativ idarəetmə prinsipləri təşkil edib.
Bundan sonra MŞ üzvlərinin səsverməsi keçirilib və təqdim olunan sənədlərin layihələri təsdiq edilib.
Müşahidə Şurasının üzvlərinə həmçinin Qarabağın erməni işğalı nəticəsində dəymiş ziyana dair 10 mindən artıq foto-sübutun yer aldığı "Karabakh Center" portalının layihəsi də təqdim edilib.
Burada dağıdılmış yüzlərlə binanın, Azərbaycan xalqının tarixi, memarlıq, dini, mədəni abidələrinin fotoşəkilləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və səbəbləri ilə bağlı eksklüziv materiallar yerləşdirilib. Portala daim yeni materiallar əlavə olunacaqdır.
Portal Azərbaycan və rus dillərində hazırlanıb, ingilisdilli versiyası üzərində iş isə yaxın zamanda yekunlaşdırılacaqdır. Gələcəkdə bütün materialların bir neçə digər dillərə tərcüməsi və İnternetdə, xüsusilə də sosial şəbəkələrdə fəal şəkildə təbliği planlaşdırılır.
Portal yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.
"Karabakh Center" portalı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılıb.
İclas iştirakçıları Prezident İlham Əliyevin Fərmanına əsasən Qarabağ Dirçəliş Fondunun yaradılmasının xüsusi əhəmiyyətini bir daha vurğulayıb və Fondun qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliklərini ifadə ediblər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"