“Seltik” və “Reyncers” klubları İngiltərə Premyer Liqasında çıxış edə bilər

img

22-04-2021 [11:44]


Şotlandiyanın “Seltik” və “Reyncers” klubları İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Məlumata görə, Qlazqo təmsilçilərinin liqasını dəyişməsinin FİFA, UEFA və Böyük Britaniya hökuməti tərəfindən dəstəklənəcəyi gözlənilir.

Bu məsələnin müzakirə ilə bağlı heç bir rəsmi məlumat açıqlanmasa da, Böyük Britaniya mətbuatı mövzunu yenidən gündəmə gətirib. Bildirilir ki, Şotlandiya liqasında rəqabətin yoxluğu səbəbindən əvvəllər də İngiltərəyə üz tutmaq arzusunda olan “Seltik”lə “Reyncers”in istəyi bu dəfə reallaşacaq.

Qeyd edək ki, dünya futbolunda başqa ölkənin liqasında mübarizə aparan klublarla bağlı onlarla nümunə var/ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR