Vüqar Rəhimzadə: "Bugünkü mənzərə bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır"
21-04-2021 [20:09]
"2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən ölkədə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoydu. Bu yolda ilk addım kimi bölgələrin malik olduğu potensial imkanlardan istifadə etmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramını təsdiqlədi və 2004-cü ildən icrasına başlanıldı. Hər bir sənəd özündə hədəfləri və onların icra mexanizmlərini ehtiva edir. Son 17 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramının icrası və dördüncünün icrasının davam etdirilməsi bir daha bu reallığı ortaya qoyur ki, hər bir sənəd növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın tərkibi, əsasən, yerlərdən gələn təkliflər əsasında formalaşıb.
Möhtərəm Prezidentimiz daim bu məqamı xüsusi qeyd edir ki, mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla görüşlərim bu sahədə çox gözəl bir ünsiyyət forması yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz insanların təklifləri əsasında reallaşıb. Bu çağırış indi də öz aktuallığını saxlayır: Daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər reallaşsın. Bu məqsəd əsas götürülür ki, xalqın arzularına əsasən müəyyənləşdirilən vəzifələrin icra olunması Azərbaycanı daha da qüdrətləndirəcək, əhalinin sosial rifahı daha da yaxşılaşacaq. Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı bir sıra sosial obyektlərin açılışında iştirakı, həmçinin səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir rayonun timsalında bölgələrimizin bu günü və gələcəyi ilə bağlı söylədiyi fikirlər bir daha bu reallığı təsdiqləyir ki, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.»
Mia.az xəbər verir ki, bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, yeni sosial obyektlərin istifadəyə verilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması deməkdir: «Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas yer tutur. Cənab İlham Əliyev ilk gündən bu tezisi irəli sürüb ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Həmçinin ölkə ictimaiyyətinin irəli sürülən təşəbbüsləri, atılan addımları dəstəkləməsi böyük ruh yüksəkliyi yaradır. Bu gün bölgələr arasında sağlam rəqabətin mövcudluğu rayonların inkişafına, onların simasının tamamilə dəyişməsinə, malik olduqları resurslardan səmərəli istifadəyə geniş imkanlar yaradır. Azərbaycan brendi kimi dünyaya səs salan ABAD mərkəzləri kiçik və orta sahibkarlığın inkişafına böyük dəstəkdir. Ailə təsərrüfatlarına asan dəstək funksiyasını uğurla yerinə yetirən ABAD mərkəzlərinin coğrafiyasının genişlənməsi də günümüzün reallıqları sırasındandır. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən biri infrastruktur layihələrinin beynəlxalq standartlara uyğun yenilənməsidir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Hacıqabul rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşərək bildirmişdir ki, təəssüratım çox müsbətdir. Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələri görünür. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Rayonda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb. Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasının istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Regionların inkişafı proqramlarının vacib tərkib hissələrindən biri əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatıdır. “Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilib. Bir sözlə, biznes üçün şərait
yaxşılaşıb. Dövlətimizin başçısı əminliklə bildirib ki, bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcək.»
Baş redaktor bildirib ki, bölgələrin sosial-iqtisadi inkişafının prioritetliyi pandemiya ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda belə dövlətimizin başçısının rayonlara səfərlərində özünün aydın ifadəsini tapır: «Cənab İlham Əliyev ölkə ictimaiyyəti ilə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, həlli istiqamətində mühüm addımlar atır. O da məlumdur ki, cənab İlham Əliyevin bölgələrə hər bir səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Pandemiya şəraitində, eyni zamanda, 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə ölkə ictimaiyyəti cənab İlham Əliyevin həmişə olduğu kimi, yenə də fəaliyyətinin əsas tərkib hissəsi olan rayonlara səfərlərinin şahidi oldu və hər bir səfər yeni sosial obyektlərin açılışı ilə yadda qaldı. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərimizə də mütəmadi səfərlərini gerçəkləşdirən cənab İlham Əliyev bildirir ki, məqsəd buraya qayıdan insanların yüksək həyat şəraitini təmin etmək, quruculuq və abadlıq işlərini daha müasir şəkildə həyata keçirərək, bu əraziləri cənnətməkana çevirməkdir.»
«Möhtərəm Prezidentimiz Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş torpaqlarımızda da kənd təsərrüfatının inkişafında əsas amillərdən olan aqroparkların yaradılması məsələsinə diqqət yönəltdi» söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda bu ərazilərdə minalardan təmizlənmə işləri ilə yanaşı, infrastruktur layihələri həyata keçirilir. Dövlətimizin başçısı, həmçinin regionlarda yol infrastrukturunun yenilənməsi ilə əlaqədar həyata keçirilən tədbirlərə də toxunub: «Əsas məsələ yol infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara cavab verməsidir. Hacıqabul-Muğan avtomobil yolunun əvvəlki vəziyyəti ilə bugününü müqayisə edən əhali yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Son illərdə nəinki əsas, eləcə də kəndlərarası yollar yüksək səviyyədə tikilir, bərpa olunur. Bütün bu tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır. Nəticədə bu gün beynəlxalq
maliyyə və iqtisadi qurumların hesabatlarında Azərbaycanın müasir yol-nəqliyyat infrastrukturuna malik olması təqdir edilir.»
Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, artıq son illərdə regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir: «Prezident İlham Əliyevin Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləməsi də pambıqçılığın inkişafına diqqətin bariz nümunəsidir. O da məlumdur ki, cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonlar arasında ixtisaslaşmalar həyata keçirilərək, hər bir bölgə malik olduğu resurslara uyğun ənənəvi kənd təsərrüfatı sahəsinin inkişafına diqqət göstərir. Həmin sahələrin inkişafını daha da sürətləndirmək üçün müvafiq Dövlət proqramları təsdiqlənir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində pambıqçılıq sahəsində mühüm irəliləyişə nail olunub. Fermerlərə dövlət dəstəyi davamlılığı ilə diqqət çəkir.»
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, bu gün biz əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda sənayenin, kənd təsərrüfatının müasir üsullarla inkişaf etdirilməsi, məhsuldarlığın yüksəldilməsi, insanların işlə təmin edilməsi fonunda digər regionların sürətli inkişafını aydın görürük: «Bu fikri böyük inamla qeyd edirik ki, hazırda nəinki paytaxt Bakı, eləcə də bölgələrimiz dünyanın diqqətindədir, onların malik olduqları potensial imkanlar əməkdaşlıq üçün əlverişli şərait yaradır".
Mia.az
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"