BDU-nun professoru karantin qaydalarını pozub? - Sabiq nazir müavininin ad günündən maraqlı FOTOLAR

img

21-04-2021 [18:02]


Bakı Dövlət Universitetinin (BDU) professoru İradə Hüseynova karantin qaydalarını pozaraq restoranlardan birində özünə dəbdəbəli ad günü keçirib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, alim bununla bağlı fotoları "Facebook" hesabında paylaşıb.

Fotolardan görünür ki, İ.Hüseynova ad günü münasibətilə ziyafət təşkil olunub. Ona üzərində "Ən yaxşı elmi rəhbər" yazılmış tort hədiyyə edilib.

BDU-nun professoru ziyafətdə çəkilən fotoları belə bir təqdimatla paylaşıb: "Elmi rəhbərin ad günündə doktorantından hədiyyə almasından gözəl nə ola bilər. Yaratdığın elmi məktəbin yetirmələrinin sənə qiymət vermələri necə də xoş bir hissdir".

Milli.Az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR