Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

img

21-04-2021 [17:48]


Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda Mülki Məcəllənin 1291-ci və 1321.1-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 17-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Mülki Məcəllənin 1291-ci maddəsi əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılmasını tənzimləyir.

Maddəyə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

Məcəllənin 1321-ci maddəsi isə vərəsəlik şəhadətnaməsi anlayışını tənzimləyir. 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR