SOCAR-dan benzin qiymətləri ilə bağlı - Açıqlama
21-04-2021 [14:46]
2021-ci ilin yanvar-fevral ayları ərzində ölkəmizə 7 milyon 104,32 min dollar dəyərində 11 min 934,4 ton “Aİ-95” markalı benzin və 187,75 min dollar dəyərində 239,9 ton “Aİ-98” markalı benzin idxal edilib.
Belə ki, bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 595,3 dollara, bir ton “Aİ-98” markalı benzinin gömrük dəyəri isə 782,7 dollara başa gəlib. Bu rəqəmlər isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,9 faiz və 11,4 faiz azdır.
Beləliklə, idxal edilən premium və super markalı benzinin gömrük dəyərinin aşağı enməsi ölkəmizdə satışa çıxarılan müvafiq məhsulların da ucuzlaşmasına səbəb olub?
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, qiymət tənzimlənməsinə “SOCAR Petroleum” nəzarət etmir:
“Gələcəkdə qiymətlərin necə olacağını biz də müəyyən edə bilmərik. Çünki hər dəfə mənbə ölkədən qiymətlər dəyişir. Ötən illərdə idxal olunan yanacaqların qiymətləri bir neçə dəfə aşağı salınıb. İdxal edilən yanacaq qiymətlərini sərbəst bazar tənzimləyir və ölkədə vahid qiymət tətbiq olunur”.
Onun sözlərinə görə, burada tələb və təklif meyarları əsas rolu oynamır:
“Bəzən “Aİ-98” markalı benzinə tələb artır. Yanacaq tez bitdiyindən yeni partiyanın gəlməsini gözləyirik. Bu nadir hallarda baş verir. Lakin “Aİ-95” markalı yanacağa tələb “Aİ-98” markalı yanacağa olan tələbdən çox olduğundan çalışırıq ki, bu yanacağın tədarükündə qıtlıq müşahidə olunmasın. Hər iki yanacağın da xarici ölkələrdən idxal olunduğu nəzərə alınmalıdır, bu zaman gecikmələr ola bilər”.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi İbrahim Əhmədov əlavə edib ki, “Aİ-95” və “Aİ-98” markalı benzinlər xaricdən idxal olunduğundan onların dəyəri beynəlxalq bazar tərəfindən tənzimlənir:
“Azərbaycana bu benzinlərin əsas idxalçısı SOCAR olsa da, ölkədə fəaliyyət göstərən digər şirkətlər də məhsulu idxal etməkdə sərbəstdir. Bu zaman onların təyin etdiyi qiymət heç bir vəchlə SOCAR-dan asılı deyil”.
Onun sözlərinə görə, ümumilikdə isə ötən ilin ilk ayları ilə müqayisədə bu il Azərbaycanda “Aİ-95” və “Aİ-98” markalı benzinlərinin qiyməti aşağı düşüb:
“Ötən ilin ilk aylarında “Aİ-95” markalı benzinin bir litri pərakəndə 1,50 AZN-ə satılırdısa, sonrakı dövrlərdə dünyada qiymətlərin dəyişməsi ilə əlaqədar olaraq, müxtəlif dövrlərdə qiymətlər 1,10 AZN və 1,20 AZN-ə endirilmişdi. Odur ki, idxal olunan benzinin maya dəyəri azaldıqca, satış qiyməti də azaldıldı. Əgər başqa şirkətlər bu benzini daha ucuz qiymətə əldə edib sata bilsələr, bazar iqtisadiyyatı şəraitində bunu edə bilərlər. Bir sözlə, SOCAR idxal olunan benzinin qiyməti üzərində inhisara malik deyil”.
Qeyd edək ki, respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir/Oxu.az.
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var