Ayaz Mütəllibov: "Situasiyanı gərginləşdirməyə dəyməz"

img

20-04-2021 [16:19]


Azərbaycanın öz hüquqi-tarixi torpaqlarının azadlığı uğrunda 44 günlük Zəfər yürüşündən sonra yaranmış geosiyasi şəraitin tələblərinə uyğun olaraq meydana çıxdığı deyilən 10 Noyabr üçtərəfli razılaşması əsasında sülhməramlı adı altında Laçın dəhlizi və keçmiş Dağlıq Qarabağ torpaqlarımızda yerləşdirilmiş Rusiya hərbi kontingentinin öz rəsmi missiyalarından kənar bəzi davranışları xalqımızda, ictimaiyyətdə haqlı narazılıqlar doğurur.

Məsələn, Xocalı hava limanında Xankəndində keçirilməsi nəzərdə tutulan faşizm üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş parada hazırlıq təlimləri, Azərbaycan dövlətinin razılığı olmadan “Sputnik V” vaksininin Qarabağa gətirilməsi və oradakı ermənilərin peyvəndlənməsinə başlanması. Eləcə də ilk olaraq separatçı-terrorçu erməni general Vitali Balasanyana Rusiya ordusunun Xocalıdakı hərbi hospitalında rus həkimlər tərəfindən peyvənd vurulması və s.

Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov Moderator.az-a bu mövzuda açıqlamasında situasiyanı həddindən artıq dramatikləşdirməyə əsas olmadığını, haqqın Azərbaycan tərəfində olduğunu və gec-tez bütün yerdə qalan problemlərin də ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapacağına inamını ifadə edib.

“Əlbəttə, Rusiya sülhməramlıları tərəfindən xalqı narazı salan davranışlar yolverilməzdir. Ancaq o da var ki, hər bir hərəkətdə təxribat, qıcıqlandırıcı məqamlar axtaran ayrı-ayrı qüvvələr və şəxslər də bu cür davranışlardan yararlanaraq Ermənistan və Azərbaycan arasında yenidən lokal toqquşmalar yaratmağa, vəziyyəti gərginləşdirməyə bəhanə axtarırlar. Yəni Rusiya sülhməramlılarının bəzi davranışlarını əsas tutub situasiyanı gərginləşdirməyə dəyməz. Hesab edirəm ki, bu cür cəhdlər Azərbaycanın Qarabağdakı son qələbəsindən və 10 Noyabr üçtərəfli razılaşmasından sonra Azərbaycan və ayrıca Qarabağla əlaqədar başlanmış böyük işlərin dinamizminə heç bir maneə törədə bilməyəcək. Və tamamilə əminəm ki, haqq-ədalət bizim – Azərbaycanın tərəfindədir. Çünki Azərbaycan dövləti və xalqı özünün tam haqlı olmasını dərk edərək torpaqlarının azadlığı üçün mübarizəni başladıb. Eyni zamanda rəsmi Bakı hərbi əməliyyatlardan sonra digər problemlərin də siyasi yolla yekun həlli üçün bütün razılaşmalara əməl etməkdə davam edir. Və bu məqam daim dövlətimizin diqqət mərkəzində olacaq”- deyə eks-prezident bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR