Keçmiş Baş Qərargah rəisinin Qarabağ savaşı vaxtı çıxışının səs yazısı yayıldı: "Cəbrayıl istiqamətində əks-hücum həyata keçirmişik və..."
20-04-2021 [14:24]
Ermənistan Təhlükəsizlik Şurası baş nazir Nikol Paşinyanın istefaya göndərdiyi Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanın İkinic Qarabağ müharibəsinin 4-cü günü - sentyabrın 30-da keçirilən iclasda etdiyi çıxışın audio-yazısının bir hissəsini yayıb.
"Sputnik Armeniya” xəbər verir ki, generalın şuranın həmin toplantısında etdiyi məruzənin mətninin bir bölümü ötən həftə yayılmışdı, indi isə onun səs yazısı ictimaiyyətə təqdim olunub
Baş Qərargah rəisi həmin iclasda bildirib ki, cəbhə xəttində əməliyyat şəraiti dəyişməyib və rəqibin (Azərbaycan hərbçilərinin nəzərdə tutur-red.) hərəkəti müşahidə olunmayıb. Bunun ardınca O.Qasparyan deyib: “Bütün hallarda bizim qoşunlar qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. Bu səhər Cəbrayıl istiqamətində böyük olmayan əks-hücum həyata keçirmişik və uğur qazanmışıq”.
O, məruzəsinin sonunda qeyd edib: “...Bütövlükdə vəziyyət belədir. Biz qarşıya qoyulan tapşırıqları yerinə yetirik və sonunadək onu icra edəcəyik”.
Qeyd edək ki, O.Qasparyan atəşkəsdən sonra bildirib ki, müharibənin 4-cü günü, sentyabrın 30-da Təhlükəsizlik Şurasının iclasında Ermənistanın resusrlarının tezliklə tükənəcəyini və hərbi əməliyyatları dayandırmağın vacibliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Ancaq N.Paşinyan sabiq Baş Qərargah rəisinin müharibənin 4-cü günü belə bir məruzə etmədiyini söyləyib. Bundan sonra O.Qaspayan hökumət başçısını yalan danışmaqda ittiham edib. General-polkovnik “Joxovurd” qəzetinə müsahibəsində N.Paşinyandan başqa heç nə gözləmədiyini bildirərək onu “mənəviyyatsız yalançı” adlandırıb.
Baş nazir də dərhal keçmiş Baş Qərargah rəisinə cavab verib və deyib ki, həmin çıxışın stenoqrammını qanunun icazə verdiyi qədər açıqlayacaqlar. Təhlükəsizlik Şurası aprelin 15-də O.Qaspayanın qurumun sentyabrın 30-da keçirilən toplantısında etdiyi məruzənin stenoqrammının bir hissəsini yayıb/Report.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib