Hikmət Cəmilzadənin “Milli Qəhrəman Polad Həşimov” adlı yeni kitabı işıq üzü görüb - FOTO
19-04-2021 [20:49]
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevin (Cəmilzadə) “Milli Qəhrəman Polad Həşimov” adlı yeni kitabı işıq üzü görüb.
Mia.az xəbər verir ki,“Qanun” nəşriyyatında nəfis şəkildə çap olunan kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə dəyərli xidmətləri ilə müstəqil Azərbaycan Respublikasına sədaqətlə xidmət etmiş, Silahlı Qüvvələrimizdəki xidmət illərini mənfur düşmənlə təmas xəttində keçirərək, “səngər generalı” adını qazanmış, tək peşəkar və fədakar hərbçi olmağı ilə deyil, həm də humanist əməlləri, bəşəri ideyaları, ictimai əxlaq və ləyaqəti ilə qəlblərdə yaşamaq səadətini qazanaraq Türk dünyasının fəxarət ünvanına çevrimiş şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun gələcək nəsillərə örnək olacaq ömür yolundan bəhs edir.
Kitab şücaəti, igidliyi və tükənməz vətən sevgisi ilə hələ 2016-cı ilin Aprel döyüşlərindən adını qızıl hərflərlə savaş tariximizə yazdıran, 14 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı isə müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun uşaqlıq illərindən şəhidlik zirvəsinə ucaldığı anadək mənalı ömür yolundan ətraflı bəhs edir. Kitabda şəhid generalın uşaqlıq, orta, ali hərbi məktəb illəri, ilk döyüş anları, dövlət təltifləri haqqında məlumatlar ilə diqqəti cəlb edir.
“Milli Qəhrəman Polad Həşimov” kitabında müəllif şəhid generalımızın simasında hərbi nizamnamələrin tələblərini vicdanla yerinə yetirən, hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirən, döyüş texnikasını və digər texnikaları mükəmməl bilən, hərbi xidmətin bütün çətinliklərinə mətinliklə dözən, döyüşçü yoldaşlarına sadiq Azərbaycan zabitinin obrazını yaratmağa uğurla müvəffəq olub.
Müəllif şəhid generalın ömür yolundakı faktlara əsaslanaraq Polad Həşimovu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın və hərbi nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim nümunə olan hərbçi kimi oxucuya təqdim edib.
Kitabda Polad Həşimov haqqında xatirələrə də geniş yer verilib, şəhid generalın həm də humanist insan, bəşəri ideyalar daşıyıcısı olması, qəlblərdə taxt quraraq əsgər və zabitlərin qayğıkeş komandiri kimi yadda qalması da ön plana çəkilib.
Şəhid generalımız, əxlaqi dəyərlər mücəssəməsi sayıla biləcək vətəndaşımız haqqında cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar
tərəfindən söylənilən munis xatirələrə də “Milli Qəhrəman Polad Həşimov” kitabında geniş yer verilib.
Kitabda general Polad Həşimov şəhadətindən sonra cəmiyyətin bütün təbəqələrində ümumxalq sevgisi ilə sevilməsi və adının əbədiləşdirilməsi istiqamətində görülən işlər, o cümlədən qardaş Türkiyədə şəhid generala olan ehtiram çoxsaylı faktlarla oxucuya təqdim olunub.
“Milli Qəhrəman Polad Həşimov” kitabı vətənin dar günündə torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizdən biri – qürur ünvanımız olan Polad Həşimovun keçdiyi rəşadətli, humanist və bəçəri əməllərlə zəngin həyat yolunu, döyüşlərdə göstərdiyi igidliyini təbliğ etməklə, gənclərimizdə vətənpərvərlik hissinin inkişafına və güclənməsinə, mübarizə əzminin daha da qüvvətlənməsinə, nəhayət azərbaycançılıq məfkurəsinin kamilləşməsinə öz töhfəsini verəcək bir əsər kimi dəyərləndirilə bilər.
İlham Cəmiloğlu
NAXÇIVANIN BAŞ NAZİRİ VƏÖZİFƏDƏN AZAD OLUNDU - Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb