“Bizim siyasətimizdə heç nə dəyişməyib” - Rəsmi Yerevandan Türkiyə ilə sərhədin açılması xəbərinə reaksiya

img

19-04-2021 [14:40]


“Ermənistan Türkiyə hakimiyyəti ilə diplomatik əlaqələrin qurulması və dövlət sərhədlərinin açılması ilə bağlı danışıqlar aparmır”.

Bunu Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan mətbuat konfransında bildirib.

"Vurğulamalıyam ki, Ermənistanla Türkiyə arasında bu məsələ ilə bağlı heç bir danışıqlar planlaşdırılmır”, - deyə o qeyd edib.

M. Ayvazyan Osmanlı imperiyasında ermənilərin qondarma “soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistanın xarici siyasət prioriteti olaraq qalmağa davam etdiyini əlavə edib: “Bizim siyasətimizdə heç nə dəyişməyib”/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA