Kəmaləddin Heydərovun övladlarının biznesi çökür? - Nazirin oğulları xaricdəki daha bir şirkəti ləğv edir (SƏNƏDLƏR)

img

18-04-2021 [11:55]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

K.Heydərovun övladları Tale və Nicat Heydərovlara aid 2011-ci ildən fəaliyyət göstərən UEI PROPERTY (UK) LIMITED daşınmaz əmlak şirkətinin ləğv ediləcəyi ilə bağlı Britaniya Şirkətlər Evinə aid rəsmi “First Gazette”də martın 30-da elan verilib.

İki ay ərzində şirkətin qeydiyyatdan çıxarılması gözlənilir. Şirkətin ofisi Londonda, Lime Street 52-də yerləşən məşhur The Scalpel biznes mərkəzinin 18-ci mərtəbəsində yerləşirdi. UEI PROPERTY (UK) LIMITED Britaniyanın Virciniya adalarında qeydiyyatda olan UNITED ENTERPRISES INTERNATIONAL LIMITED şirkətinin törəməsidir. 2019-cu il maliyyə sənədlərinə görə bu şirkətin aktivləri 5 milyon funt-sterlinq (11 milyon manat) civarında olub.

Onu das qeyd edək ki, heydərovlara məxsus daha iki şirkət – “Cafe Baku Limited” və “Azerbaijan Juices Limited” şirkətləri də bu ilin əvvəlində ləğv olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR