Daha bir mülki şəxs minaya düşdü - Rəsmi açıqlama yayıldı 

img

18-04-2021 [11:43]


Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilən ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan Mia.az-a verilən məlumata görə, aparılan araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, A.Quliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR