ABŞ-ın Rusiyadakı səfiri Kremlə çağırıldı - Sanksiyalarla bağlı

img

16-04-2021 [18:09]


ABŞ-ın Rusiyadakı səfiri Con Sallivani Kremlə çağırılıb.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, V.Putinin köməkçisi Yuri Uşakov səfiri qəbul edib və ona ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirlərini təqdim edib.

Qeyd edək ki, aprelin 15-də ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Sanksiyalar Rusiyanın 32 fiziki və hüquqi şəxsinə, o cümlədən 6 texnoloji şirkətinə tətbiq edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR